"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məleykə Abbaszadə buraxılış imtahanı ilə bağlı müraciət edib

13 Yanvar 2022 - 17:14
in GÜNDƏM

“Abituriyent” jurnalının bu xüsusi buraxılışlarında 9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri materiallar dərc olunacaq.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Mərkəzin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında oxuculara müraciət edib.

Müraciətdə bildirilir:

“2008-ci ildən respublikanın ümumtəhsil məktəblərində tədris fənn kurikulumları əsasında həyata keçirilir: “Fənn kurikulumlarının tətbiqi təhsilin məzmununda dəyişikliklərə və “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur. Bu isə o deməkdir ki, tədris prosesində yalnız biliklərin öyrədilməsi deyil, həm də kompetensiyaların formalaşdırılması əsas götürülür.

2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə ümumi orta təhsil bazasında müvafiq fənn kurikulumlarının təlim nəticələri əsasında buraxılış imtahanlarının keçirilməsi üçün yeni qaydalar hazırlamışdır.

Bu qaydalar hazırlanarkən tədris dili (Azərbaycan dili və rus dili) üzrə nitq və dil, düşünmə, öyrənmə və danışma, dərketmə, tətbiqetmə, riyaziyyat fənni üzrə məlumat toplama, müqayisəetmə, nəticə çıxarma, mühakiməyürütmə, məntiqi düşüncə, induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, analogiya yaratma, xarici dil fənni üzrə nitq – dil, dərketmə, tətbiqetmə, qazanılmış yeni dil bacarıqlarının real həyatda kommunikativ bacarıqlarla əvəz olunması kimi kompetensiyaların yoxlanılması və qiymətləndirilməsi əsas götürülüb.

2017-ci ildə ilk dəfə olaraq, fənn kurikulumlarının təlim nəticələrinə uyğun şəkildə 9-cu və 2019-cu ildə isə 11-ci siniflərdə buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqları yeni qiymətləndirmə vasitələri ilə yoxlanılmışdır.

2017 – 2021-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumat bazası toplanmışdır. Hər il bu nəticələr “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilir və “Mənim məktəbim” (http://mekteb.edu.az) saytında yerləşdirilir.

Bundan əlavə, ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca kitabçalar şəklində nəşr edilərək məktəblərə paylanır.

Buraxılış imtahanlarının elmi-statistik təhlilləri həm 9, həm də 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında tətbiq olunan imtahan modellərinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir.

2022-ci ildə də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir.

Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb.

Onu da bildiririk ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək.

Məlumdur ki, ümumtəhsil məktəblərində də tədris ilinin sonunda fənlər üzrə qiymətləndirmə aparılır və həmin qiymətlər attestatda qeyd olunur.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında sizə 11-ci sinif üzrə buraxılış imtahanı fənlərinin proqramlarını və tapşırıq modellərini təqdim edirik.

Jurnalda, həm də dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri, DİM-in internet saytında isə müvafiq audiofayllar təqdim edilir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda təqdim edilən tapşırıqları cavablandıra bilər. İmtahan modelinə uyğun tapşırıq nümunələri siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitablarında da nəşr edilmişdir.

Sizə DİM-in təqdim etdiyi materiallarla “Abituriyent” jurnalı, saytımız və rəsmi sosial media hesablarımız vasitəsilə tanış olmağınızı tövsiyə edirik. Sizin bütün suallarınıza cavab verməyə və təqdim olunmuş materialları şərh etməyə hazırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan XİN Türkiyə xüsusi nümayəndəsi ilə görüşdən əsas gözləntilərini açıqlayıb

Next Post

KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Gürcüstan Azərbaycandan təbii qazın idxal proqnozunu azaldıb

Dünya bazarlarında təbii qazın qiyməti artıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.