"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan koronavirusla mübarizədə ön sırada yer alan dövlətlərdən biridir”

17 Yanvar 2022 - 21:16
in SİYASƏT

“Bu gun Azərbaycan koronavirusla mübarizədə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə aparacaq ilk öndə olan dövlətlərdən biridir. Bunun əsas səbəbi dövlətin vətəndaşı bu xəstəlikdən qorunması üçün ən mühüm addımların atılmasını həyata keçirməsidir. Ən başlıcası ilk zamanlarda vətəndaşların vaksinlə təmin olunmasını həyata keçirtməkdir” –bu açıqlamanı “Xalq Cəbhəsi.az” saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası sahəsində maarifləndirmə və təbliğat işi də çox vacib rol oynayıb:” Bu maarifləndirmə işində Vətəndaş Cəmiyyəti inistitutları da böyük yer aldı. İndiki QHT Agenttliyi, keçmiş QHT Şurasının yüzdən artıq layihəsi həyata keçirildi. Minlərlə insan səfərbər olundu. Hətta layihə çərçivəsində aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə, imkansız ailələrə maddi, ərzaq, tibbi yardımlar olundu. Mediada, sosial şəbələlərdə, televiziyalarda hörmətli QHT sədrlərinin, nümayəndlərinin maarifləndirmə işində işitrakını gördük. Bu gün koronavirus pandemiyasının “Omicron” ştamı meydana çıxdıqdan sonra da bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Bu gün xəstəlik real təhlükə olaraq qalmaqdadır və biz arxayın ola bilmərik. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib, hazırda dünya boyu 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştamı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir, pandemiyanın endemik xarakter alması üçün Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Lakin son vəziyyətin təhlili bu xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür.”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

QHT sədrinin sözlərinə görə, koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsi də problem olaraq qalmaqdadır:”İnfeksiyanın yayılmasını şərtləndirən daha bir məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü – “buster” dozanı vurduranların sayının azlığıdır. Bundan başqa, qış tətilindən sonra pandemiyanın yeni dalğası hətta peyvəndləmə nisbəti yüksək olan ölkələri də əhatə edir. Buna səbəb gigiyenik və digər təhlükəsizlik tədbirlərinə riayət edilməməsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu fonda yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştammına yoluxacağını proqnozlaşdırır, virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Qeyd etdiyim kimi, Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur, bu çox yaxşı haldır, ancaq bir daha qeyd etmək istəyirəm ki, arxayıncılıq və qoyulan qaydalara əməl etməsə, vəziyyət pisə doğru dəyişə bilər. Ümumiyyətlə, pandemiyanın başlamasındn dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bundan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Sonda onu da deyim ki, bizim təşkilatın bu ilki layihəsi də sırf koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsi istiqamətində olacaq. QHT Agentliyinin dəstəkəldiyi onlarla təşkilatlarından biriyik. Bu da o deməkdir ki, Agentlik koronavirusla mübarizəni proritet mövzu olaraq görür.”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili qaydaları təsdiq edilib

Next Post

Yerin yaxınlığından asteroid keçəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Yerin yaxınlığından asteroid keçəcək

Yerin yaxınlığından asteroid keçəcək

XİN rəhbəri: Bakı delimitasiya prosesinə hazırdır!

Ceyhun Bayramov Avstriyaya yola düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.