Rusiyada son sutka ərzində daha 49 513 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, bu, pandemiya dövründə ən yüksək gündəlik yoluxma sayıdır.
Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 987 774 nəfərə çatıb.
Son sutka ərzində 692 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 324 752 nəfərə çatıb.






