"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rafael Cəbrayılovun qardaşı məhkəmədə ifadə verib

27 Yanvar 2022 - 15:09
in HADİSƏ

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılov ifadə verib.

Şahid bildirib ki, “Dərhal” MMC şirkətinin təsisçilərindən biri olub, şirkətə faktiki rəhbərliyi isə mərhum qardaşı edib: “Mən uzun illər Moskvada yaşamışam. Sonradan bu işlərə qatıldım. Həmin şirkətdə mən və digər qardaşım Elşən Cəbrayılov təsisçi idik. Rafael deputat olduğu üçün şirkət yarada bilməzdi, ona görə sənədsiz rəhbərlik edirdi. Mən hacı adamam, bu faiz söhbətlərinə görə Rafaellə həmişə mübahisə edirdik. Ona bu işlərin haram olduğunu deyirdim. Son dörd ildə də onunla ümumiyyətlə, danışmamışıq. Dediyim kimi, mübahisələrə yeganə səbəb onun daima faiz ödəməsi olub”.

Şəhidin ifadəsinə münasibət bildirən zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov ondan tikinti işlərinə kimin rəhbərlik etməsini və bu işlərdə rolunun nədən ibarət olduğunu soruşub. Şahid cavabında bütün işləri Rafael Cəbrayılovun apardığını, özünün isə arada bir şirkətə gəldiyini deyib: “Mən qardaşlarımın yanına gələndən münaqişədə olmuşam. Gəlirin də 70 faizi Rafaelə, 30 faizi bizə çatırdı”.

Prosesdə vəkil Kamandar Nəsibov və şahid arasında mübahisə düşüb. Vəkil Rauf Cəbrayılovun yalan danışdığını və bütün məsələləri mərhum qardaşının üstünə atdığını deyib: “Deyirsiz ki, mən şirkətin təsisçisi olmuşam, amma aparılan işlərə qarışacağım olmayıb. Bu necə ola bilər? Siz həmişə şirkətə gəlib-getmisiz. Özünüzə Hacı deyirsiz, amma yalan danışırsız, Hacı yalan danışmaz”.

Məhkəməyə sədrlik edən Əhməd Quliyev isə şahidin ifadəsinə belə münasibət bildirib: “Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsız, onun burda nə dediyi mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var, bunu kim ödəməlidir?”

Daha sonra cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Bəşir Məmmədovun məhkəməyə göndərdiyi müraciət elan olunub. Zərərçəkmiş ərizəsində pulu Elşən Cəbrayılova ödədiyini, buna baxmayaraq, onun cinayət məsuliyyətinə cəlb olunmadığını yazıb. Ərizədə cinayət işinin istintaqa qaytarılması xahiş olunub.

Sonda bir neçə dəfə prosesə çağırılsa da, iştirak etməyən şahidlərin məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.

Proses fevralın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

Next Post

FHN: Ötən sutka 25 yanğına çıxış olub, 1 xilas edilib – VİDEO

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
FHN: Ötən sutka 19 yanğına çıxış olub, 11 nəfər xilas edilib – VİDEO

FHN: Ötən sutka 25 yanğına çıxış olub, 1 xilas edilib - VİDEO

COVID pasportu olmayan 30 nəfər toya buraxılmayıb

Karantin qaydalarını pozan şadlıq sarayının sahibi məhkəməyə verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.