"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zakir Sultanova 11 il həbs cəzası verilib

28 Yanvar 2022 - 14:57
in HADİSƏ

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib. Vəkil müvəkkili barəsində hökm qəbul olunarkən onun səmimi peşmanlığı, cinayət otaqlarının ifşa olunmasına kömək göstərməsi və 5 milyon 338 min 615 manat məbləğində dəymiş ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə atmağı təklif edib. Müdafiəçi qeyd edib ki, bu miqdarda vurulmuş ziyanın tam ödənilməsi Azərbaycanda ilk haldır: “Dövlət ittihamçısı onun 12 il azadlıqdan məhrum edilməsini istəyib. Belə anlaşılır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə cəzalandırılır. Əgər Zakir Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan məhkum olunsa, dövlətə nə faydası olacaq və bu, başqalarına necə örnək olacaq?”

Vəkil bundan başqa, Zakir Sultanovun büdcəyə ziyanı əlavə ödəməsi barədə vəsatətinə baxmağı xahiş edib. O, Z. Sultanova şərti cəza verməyi xahiş edib.

Təqsirləndirilən şəxsin digər vəkili Vüqar Babayev də eyni məzmunlu çıxış edib.

Prosesdə Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə göndərilən məktub elan olunub. Məktubda bildirilib ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və onların əlavə iddiası yoxdur.

Zakir Sultanov son sözündə hakimlərdən humanist hökm verməyi xahiş edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il azadlıqdan məhrum edilib. Qeyd olunub ki, onun “Yapı Kredi Bank”da olan 600 min avro vəsaiti və üzərinə həbs qoyulmuş sikkələr, digər qızıl-zinət əşyaları dövlət hesabına müsadirə olunmalıdır.

Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qanunsuz saxlanılan 5 ov tüfəngi götürülüb

Next Post

DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Yol polisi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib

Əli Əhmədov Pekin olimpiadasının rəsmi açılış mərasimində iştirak edəcək

Əli Əhmədov Pekin olimpiadasının rəsmi açılış mərasimində iştirak edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.