"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib

31 Yanvar 2022 - 14:59
in SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın xəbərinə görə, bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirildi ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. “ASAN xidmət” Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə salıb.

“ASAN xidmət” konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub. Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə “ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub.

Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir.

Ülvi Mehdiyev: Cənab Prezident, Sizə innovasiyalarla bağlı yerli bir məhsul da təqdim etmək istəyirəm. Həyətdə quraşdırılıb, strateji obyektlər, dövlət sərhədi üçün lazım olan mühafizə skaneridir. Özünü elektrik enerjisi ilə Günəş paneli vasitəsilə qidalandırır, kamera və işığı var.

Prezident İlham Əliyev: Deməli, yaxınlaşdı, toxundu, dərhal…

Ülvi Mehdiyev: Dərhal həyəcan siqnalı və bu hansı blokda baş verdiyini göstərir.

Prezident İlham Əliyev: Orada sensorlar var?

Ülvi Mehdiyev: Bəli, sensorlar var. Deməli, bunu kəsə bilər, aralaya bilər, bloku zədələyə bilərlər. Dərhal siqnal verir. Hətta özü xarab olursa, sistemin özünə müdaxilə olursa, onda da özü çağırış verir ki, buraya müdaxilə olundu.

Növbəti innovativ yenilik – “ASAN kömək” vasitəsilə xarici ölkələrə səfər edən vətəndaşların köməyə ehtiyacı olarkən, eyni zamanda, təcili və təxliyə hallarında faydalana biləcəkləri mobil proqramdır.

“Smeta-Normativ və Qiymətqoyma” İnformasiya Sistemi vasitəsilə isə müxtəlif istiqamətlər üzrə məlumatların toplanması, təhlil edilməsi, digər əlaqəli dövlət informasiya sistemlərinə ötürülməsi və aidiyyəti qurumlar üçün hesabatlılığın təmin edilməsi mümkün olacaq.

Ülvi Mehdiyev: Cənab Prezident, bu rəqəmsal icra hakimiyyəti sistemi ilə biz həm fiziki olaraq icra hakimiyyətlərinin ASAN standartına uyğunluğunu təmin edirik, eyni zamanda, bu sistem vasitəsilə icra qurumlarının bütün xidmətlərini elektronlaşdırmışıq. Noyabr ayında istifadəyə vermişik, artıq 2437-dən çox istifadəçi yararlanıbdır.

Prezident İlham Əliyev: Burada sizdə var? Quraşdırılır?

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov: Bizim işçilər burada oturacaqlar, cənab Prezident. İcra hakimiyyətinin, Nizami, Kəpəz rayonlarının nümayəndələri burada olacaqlar.

Ülvi Mehdiyev: Pilot olaraq Gəncə, Quba və Masallıdan başlamışıq.

Prezident İlham Əliyev: Səmərəliliyi var?

Niyazi Bayramov: Olacaq, bəli.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır, Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir.

2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi
2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi
Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışında

Prezident İlham Əliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib

Next Post

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib – FOTO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib - FOTO

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.