“2020-ci ildən azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı işçi planlarımız var. Həmin işçi planında 700 fəaliyyətin heç birində qadınların iştirakı nəzərdə tutulmayıb”.
Elchi.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri qadınların minatəmizləmə əməliyyatında iştirakını təklif edib: “Bəlkə də bununla bağlı qanunvericiliyə dəyişiklik etmək olar. Gender məsələsini nəzərə alan büdcələr müəyyənləşməlidir. Tutaq ki, həmin ərazilərdə səyyar tibbi xidmətlərin göstərilməsinə qadınlar cəlb edilə bilər. Qərarların qəbulunda icmaların iştirakı da müəyyənləşməlidir”.






