2021-ci il ərzində 103 min nəfərdən çox şəxsə elektron qaydada sosial müavinət təyin olunub.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Elchi.az-a verilən məlumata görə, onların 56,8%-ni kişilər, 43,2%-ni qadınlar təşkil edib.
Həmin dövrdə 16 mindən çox şəxsə isə elektron qaydada təqaüd təyin edilib. Bunun da 39,8%-i kişilərin, 60,2%-i qadınların payına düşüb.






