Moskvada yeniyetmələrin koronavirusa qarşı pulsuz və könüllü peyvəndlənməsinə başlanılıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Rusiya paytaxtının sosial kompleksinin “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, 12-17 yaşlı hər kəs şəhər uşaq poliklinikalarının bazasında yerləşən 13 peyvənd məntəqəsində COVID-19 əleyhinə “Sputnik M” peyvəndi ilə vaksin oluna bilər.
Qeyd edək ki, “Sputnik M” peyvəndi 21 gün aralığında tətbiq edilməli olan iki komponentdən ibarətdir.






