Rusiyada koronavirusla bağlı epidemioloji vəziyyətə görə lokdaunun tətbiqi aktual deyil.
Elchi.az-ın verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, koronavirusun yayılmasında müşahidə olunan artıma görə ölkə üzrə karantinin tətbiq olunmasının aktual olmadığını, bu mövzunun müzakirə olunmadığını söyləyib.
Qeyd edək ki, Rusiyada son iki həftə ərzində COVİD-19-a yoluxma halında sürətli artım qeydə alınıb. Operativ qərargahın 31 yanvar tarixli məlumatına görə, son sutka ərzində ölkə üzrə 124 070 nəfər koronavirusa yoluxub.






