Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamından ölüm qeydə alınıb.
Elchi.az-ın xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Omicron ştamından neçə nəfərin ölməsi ilə bağlı dəqiq məlumat gələn həftə məlum olacaq və hazırkı mərhələdə araşdırmalar davam etdirilir.






