Biz Avstriya və Avropa İttifaqının üzvü kimi sülhün olduğu, stabil və çiçəklənən Cənubi Qafqaz istəyirik və bunu tamamilə dəstəkləyirik, təşkilatın Ali Nümayəndəsi Cozep Borrelin adından regiona səfər edərkən də bu mesajla gəlmişdik.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ermənistanda səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Mən regionda davam edən prosesi görürəm və bundan ruhlanıram. Sonuncu dəfə 2021-ci ilin iyununda Ermənistanda olmuşdum, o zamanla müqayisədə əhval dəyişib. İnanıram ki, potensial və perspektivlər var. Bəli, biz regionda etimad üçün gərginliklər üzərində işləməliyik. Bu çərçivədə elementlərdən biri də Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində şüurlu addımların atılmasıdır. Düşünürəm ki, bu, həm bütöv region, həm də erməni xalqı üçün böyük addımdır”, – XİN başçısı vurğulayıb.





