Bəzi qüvvələr Qərb və Şərq arasında toqquşma yaratmağa çalışırlar.
Elchi.az-ın xəbərinə görə, bu barədə Macarıstanın xarici və ticarət işləri naziri Peter Siyarto Bakıda Azərbaycan və Macarıstan arasında sənədlərin imzalanmasından sonra bildirib.
Macarıstanım Mərkəzi Avropada yerləşdiyini xatırladan nazir tarixdən dərs çıxarmağı bacardıqlarını diqqətə çatdırıb: “Biz sakit, sivil münasibətlər qurmağın fərqinə varmışıq. Bu, bizim milli maraqlarımıza cavab verir. Biz ölkələr arasında, regionlar arasında körpü qurmalıyıq. Əməkdaşlığın yeni fəslinə qədəm qoymalıyıq. Azərbaycan və Macarıstan çox çalışıb ki, əlaqələrimizi, münasibətlərimizi yaxınlaşdıraq. Ölkələrimiz mədəniyyət, iqtisadiyyat, ticarət sahəsində uğurlu əməkdaşlıq yaradıb. Xarici ticarət sahəsində dost qazanmaq bizim üçün vacibdir. Dost qazanmaq Macarıstanın xarici siyasətində əsas prioritetdir. Azərbaycan bizim dostumuzdur. Biz dost xalqlarıq, biz macarlar azərbaycanlıların yaxın dostuyuq. Azərbaycanda çoxları bu dostluğu yüksək dəyərləndirir”.






