Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.
***
saat 14:38
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş başlayıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.
***
saat 14:31
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qarşılayıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.
“Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu salamlayır”, – qeyd olunub.





