Son iki ildə narkotacirlərin 28 minə yaxın internet-mağazası Rusiya narkopolisləri tərəfindən
bağlanılıb.
Bu barədə Narkotiklərin dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin direktoru Viktor İvanov məlumat verib.
“Biz daima narkotiklərin ticarətilə məşğul olan saytları, internet-mağazaları aşkarlayaraq məhv edirik. İki il ərzində bizim xidmət 28 min sayt bağlayıb. Ancaq onlar yağışdan sonra çıxan göbələklər kimi yenidən yaranırlar, odur ki, problem çox dərindir”, – deyə İvanov “Posiya 24” telekanalının efirindən bildirib.
Onun sözlərinə görə, narkotaçir qruplaşmaları on minlərlə birdəfəlik telefon kartları və elektron pul kisəsindən istifadə edirlər.
“Narkotiklərin yayılması, eləcə də, onların texnoloji səviyyəsilə bağlı fəaliyyətin konspirasiyası aydın görünməkdədir”, – deyə İvanov əlavə edib.



