Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Macarıstan XİN rəhbəri “Facebook” hesabında bildirib.
“Son aylar hamıya aydın oldu ki, enerji təchizatının təhlükəsizliyi hər an kritik ola bilər. Uzunmüddətli həllər lazımdır, çünki onlar sabitliyi təmin edir. Ona görə də biz Azərbaycanın energetika naziri ilə yaxın illərdə Azərbaycanın yataqlarından uzunmüddətli perspektivdə təbii qazı necə əldə edə biləcəyimizi müzakirə edirik”, Peter Siyarto qeyd edib.
Xatərladaq ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda səfərdədir.






