“Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezlə yaxşı müzakirəmiz oldu”.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson ”Twitter” səhifəsində yazıb.
O, türkiyəli həmkarı ilə Avropada enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi ətrafında davamlı regional əməkdaşlıq üçün perspektiv barədə fikir mübadiləsi apardıqlarını qeyd edib.






