Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında iştirak etdim. CQD Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir. Bu keçidin həyata keçirilməsində BP Azərbaycanın töhfələrini görməkdən məmnunam”, – səfir qeyd edib.







