"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yazıq biz

01 Noyabr 2014 - 10:40
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Qazaxa kim gələr, kim gedər, hamısı əlimizdən keçər. Bir çayımızı içməmiş, çörəyimizi img1630631kəsməmiş buraxmarıq. Haşa! Bizim yerlərə qonaqsevər deyərlər də, yalan deməzlər. Nəyimiz olmasa da şeirdən, zaddan oxuyub yola salarıq.
Dünən bir nəfər də qonağımız var idi. Basqıları altında yaşadığımız rejimin məkrli siyasəti nəticəsində adı “qara siyahı”ya düşmüşlərdən biri olduğuna görə kim olduğunu deməyəcəm. Bircə onu deyəcəm ki, ətrafındakı insanların maariflənməsini, bildiklərindən fayda görməsini istəyən biridir.
Aldım yanıma, Qazaxın mərkəzində yerləşən beş-altı tarixi bina haqqında ona məlumat verdim, şəkillər filan çəkdi. Yarım saatlıq payi-piyada şəhər turundan sonra gördüm ki, özü də öyrənməyə, araşdırmağa, bilgilərini daimi təzələməyə meylli adamdı.
Hər halda rayon yerində yaşayırıq. Bu tip adamlara tamarzıyıq. Maşın söhbətlərindən, “qız tutmaq” mövzularından, fərdi sosial qayğıları eşitməkdən cana, boğaza yığılmışıq.
Gəzintidən sonra onu qonaqlamaq fikrinə düşdüm. Torbamızın dibi dəlik olduğundan bu dəfəki qonağımıza ancaq ucuzvari çay qonaqlığı təşkil edib söhbətə başladıq.
Adam bir neçə il İsveçdə yaşayıb. Uzun müddət siyasətindən, şousundan, müğənnisindən, şairindən, aktyorundan baş açılmayan Azərbaycandan uzaq qalıb. Hər halda oranın ab-havasına alışıb. İnsanların dövlətin qoyduğu qayda-qanunlara necə əməl etdiklərini, dövlətin vətəndaşlarına necə sayqı ilə yanaşdığını görüb.
Təmiz küçələrə, yaşıl ağaclara, zibillər üçün yerləşdirilmiş xüsusi qablara, siqaretsiz, zibilsiz səkilərə, yaşıl parklara, bizim kimi gündəlik hay-küyə deyil də, səssiz-səmirsiz şəhərlərə alışıb.
İnsanlara saç düzümünə, geyiminə, yerişinə, duruşuna görə qiymət verilməyən bir ölkədə rahatlıq tapıb. Gündəlik evdən işə, işdən evə doğru aparan yolda tıxaclarda zaman itirməyib. Artıq zamanını kitab oxumağa, tərcümə etməyə, məqalələr yazmağa, kinoteatrda filmlərə baxmağa həsr edib.
Bizim kimi sərnişin avtobusuyla avtoşluq edən sürücülərlə dalaşmayıb. Şortikinə, qulaqcığına, hətta, oxuduğu kitabına “diqqət cəlb etmək xatirinə eləyir”, – deyib adamı hövsələdən çıxardan insanlara bənd olmayıb.
Böyür-başında cəm olan insanlarla maarifləndirici söhbətlər aparıb. Bir balaca qımıldanan adamı dərhal özünə çəkib. Biz sayaq gördüyü adamların “qız azarı”ndan, “maşın xəstəliyi”ndən qaçmayıb. Danışmağa adam tapmadığından “facebook”da gic-gic statuslar yazıb “like” güdməyib. İnternetdən də səmərəli şəkildə istifadə edib.
Bizim gördüklərimizlə onun gördükləri arasında dağlar qədər fərq var. Biz nə görmüşük ki?! Ya internet klubda pornoya baxan saqqallı-saqqallı kişilər, ya da bulaq başından qayınananın, baldızın qeybətini eləyən yaşlı, orta yaşlı, qalın qaşlı arvadlar…
Biz ya biri-birinin bəhsinə bahalı restoranlarda toy eləyib borcda qalan atalar görmüşük, ya da “qoy məni yaraşıqlı görüb qıraqdan baxanların bağrı çatlasın” deyibən qonum-qonşunun qızılıyla fəxr eləyən, həmin qızılları itirdiyi təqdirdə ömrünün yarısını da borca işləyən analar, bacılar, nənələr…
Biz ya “qonşudan qalma dala” prinsipilə yaşayıb ömrünün axırına kimi qəpiyi qəpiyin üstünə qoyub mərtəbələr ucaldan kişilər görmüşük, ya da cansız daşlara, bütlərə, ağaclara tapınan, qırmızı bağlayıb dilək diləyən, göz yaşı tökən qadınlar, gəlinlər, qızlar…
O isə normal seksual həyatı olan, onun sözünü buna, bunun sözünü ona çatdırmayan, geyiminə, stilinə xüsusi diqqət göstərən, heç nəyi ideallaşdırmayan, bütləşdirməyən, həyata real nəzərlərlə baxan sadə, xoşbəxt bir cəmiyyət görüb.
Və necə olubsa qayıdıb Azərbaycana. Onu vətən həsrətimi qaytarıb deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, vətənə gəldiyi uzun zaman deyil, amma burda darıxır artıq.
Darıxır. Di gəl, hər halda onun bir təsəllisi var: böyük cəmiyyət görüb.
Biz nə görmüşük axı! Heç nə.
Yazıq biz!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

Next Post

İŞİD oğurladığı qızları zorladyır

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

İŞİD oğurladığı qızları zorladyır

İcra başçıları nazirin verdiyi əmri geri oxutdurdular - nonsens

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.