"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir: “Azərbaycan və Ukrayna bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir”

06 Fevral 2022 - 15:00
in SİYASƏT

Bu gün Azərbaycan Respublikası və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında məktub mübadiləsi baş tutub.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, Ceyhun Bayramov 30 il ərzində qarşılıqlı maraqlar üzərində inkişaf edən və strateji səviyyəyə yüksələn münasibətlərimizin siyasi, iqtisadi-ticarət, mədəni humanitar sahələrdə möhkəmləndiyini, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib.

Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Nazir qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın və dövlət başçılarımızın iradəsinə söykənir. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində, 14 yanvar 2022-ci il tarixində Ukraynaya səfərinin ikitərəfli əlaqələrə verilən önəmin göstəricisi kimi vurğulanıb.

Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inam ifadə edib.

Nazir Dmitro Kuleba məktubunda dövlətlərimizin diplomatik münasibətlərimizin tarixini hələ bir əsr bundan öncə yazmağa başladığını qeyd edib. Ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda bir çox dəyişikliklər olduğunu qeyd edən D. Kuleba yalnız dostluq, hörmət və xüsusilə də, hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə olan qarşılıqlı hörmətin dəyişməz olaraq qaldığını vurğulayıb.

Azərbaycanın Ukrayna üçün etibarlı strateji tərəfdaşı olaraq qaldığını qeyd edən nazir Ukrayna-Azərbaycan əməkdaşlığının, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində mövcud əməkdaşlığın bundan sonra da etimad və qarşılıqlı anlayış əsasları ilə səmərəli şəkildə inkişaf edəcəyindən, birgə səylərin beynəlxalq arenada iddialı məqsədlərimizin gerçəkləşməsinə təsir edəcəyindən əminlik ifadə edib.

Nazirlər bir-birlərini təbrik edərək, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN: “Ukrayna ilə strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini gözləyirik”

Next Post

Qarabağdakı nadir bitki növləri tədqiq olunacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qarabağdakı nadir bitki növləri tədqiq olunacaq

Qarabağdakı nadir bitki növləri tədqiq olunacaq

ETSN ölkədə müşahidə olunan küləkli hava ilə bağlı məlumat yayıb

Sabah hava küləkli olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.