Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevi qəbul edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanın XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Ümumi maraq doğuran məsələlər də müzakirə olunub.






