Bu ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 mln. manat və ya 9,9% artıb.
Bu barədə APA-ya Fondun ictimaiyyətlə əlaqələr departamentindən xəbər verilib. Qeyd edilib ki, xərclərin 91,5%-ni əhaliyə ödənişlər təşkil edib.





