Çexiya, Slovakiya və Avstriya xarici işlər nazirləri Yan Lipavskiy, İvan Korçok və Aleksander Şallenberq Ukraynaya gediblər.
Elchi.az-ın xəbərinə görə, bu barədə Slovakiyanın xarici işlər naziri İvan Korçok “Twitter”də bildirib.
Onun sözlərinə görə, nazirlər vəziyyətlə daha yaxından tanış olmaq üçün iki gün Ukraynada səfərdə olacaqlar.
“Slovakiya Ukraynanın yaxın dostu və tərəfdaşıdır”, – slovakiyalı nazir qeyd edib.






