Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət etmişik.
Elchi.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu Antalya Diplomatiya Forumuna İsrailin xarici işlər və energetika nazirlərinin də dəvət olunduğunu, lakin hər iki tərəfdən təsdiqin gəlmədiyini bildirib.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək.






