Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın Donetsk bölgəsinə gedib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Emine Caparova “Twitter”də bildirib.
“Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə Şirokinoya baş çəkdik. Bir vaxtlar dəniz kənarında yerləşən sahil kəndi 21-ci əsrdə apokaliptik görünür. Hərbçilər, minalar və itlər. Rusiyanın Ukraynaya təcavüzü belə görünür. Rusiyanı de-eskalasiyaya cəlb etməkdə göstərdiyi dəstəyə və köməyə görə Almaniyaya minnətdarıq.”, – nazir müavini qeyd edib.









