“Müzakirələr zamanı mina təhlükəsizliyinin Azərbaycan üçün vacibliyi, habelə mina qurbanları barədə moldovalı həmkarımı məlumatlandırdım”.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Moldova XİN başçısı tərəfindən bu barədə təşəbbüs irəli sürülüb.
“Moldova bu istiqamətdə Azərbaycana dəstək niyyətini ifadə etdi. Müvafiq tərəflər əlaqə yaradıb, bu sahədə işləyəcəklər”, – nazir vurğulayıb.






