“Yerkrapa” könüllülər birliyinin başçısı, keçmiş terrorçu və cani, hazırda isə deputat olan Manvel Qriqoryan
hesab edir ki, “Arsax ərazisinə qanunsuz keçmiş” kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi dövrün qanunları ilə mühakimə eləmək, yəni güllələmək lazımdır. Musavat.com-un məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Mən dəfələrlə bəyan eləmişəm ki, onları mühakimə etməyə ehtiyac yoxdur, güllələmək – vəssalam. Onlar yeniyetməni öldürüblər, sərhədi casusluq niyyəti ilə keçiblər, hansı məhkəmədən söhbət gedir. Onları saxlanılan zaman öldürmək lazım idi ki, iş məhkəməyə gedib çıxmasın”, – bildirib keçmiş banda başçısı.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə “məhkəmə prosesi”nin beynəlxalq normalara uyğun keçdiyini və “Arsaxın demokratik ölkə kimi mövcud olduğunu təsdiqlədiyini” iddia edib.