"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərazi bütövlüyü tanınmadan əməkdaşlıq yolverilməzdir

09 Fevral 2022 - 20:24
in MANŞET

Qüdrət Həsənquliyev: “Paşinyanı başa salmalıyıq ki, səninlə imzalanacaq ilk müqavilə ərazi bütövlüyünün tanınması barədə olacaq”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Azərbaycan Respublikasının Prezidenti keçən ay yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh, delimitasiya və demarkasiya prosesi barədə suala cavab verərkən bir daha bəyan etdi ki, “biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılmasına prosesinə start verilsin və sülh müqaviləsi imzalansın”. Prezidentin açıqlaması Azərbaycanın milli maraqlarına söykənir və onun qeyd etdiyi ardıcıllıqla da proseslər davam etdirilməlidir. Ceyhun Bayramov da verdiyi açıqlamalarda bunu nəzərə almalı və bu prinsiplərə sadiq qalmalıdır.
Bu sözləri “Xalq cəbhəsi” qəzetinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun moldovalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında ölkəmizin heç bir ilkin şərt irəli sürmədən Ermənistanla delimitasiya və demarkasiya işlərinə başlamaq üçün birgə komissiya yaratmağa hazır olduğu barədə səsləndirdiyi fikirlərə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri qeyd edib ki, tərəflər öncə bir-birinin ərazi bütövlüyünü tanımalarına dair müqavilə imzalamalı, bundan sonra delimitasiya və demarkasiya işlərinə başlanılmalı və bundan da sonra kommunikasiya xətləri açılmalıdır: “Ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair müqavilə imzalanmadan digər işlərə başlamaq olmaz. Bu Ermənistanın tam diplomatik qələbəsi olardı. Onlar bizim ərazi bütövlüyümüzü tanımadan, sərhədlərin delimitasiya olunmasına və kommunikasiyaların açılmasına nail olmaq istəyirlər. Bundan sonra sülh sazişinin imzalanmasını Qarabağ ermənilərinə status verilməsi məsələsinə bağlayacaq və danışıqları sonsuzluğa qədər uzadacaqlar. Əvvəllər söyləmişəm və bir daha təkrar edirəm, sülh sazişi imzalanmadan kommunikasiyaların açılması bizdən çox Ermənistanın, Rusiyanın və İranın maraqlarına uyğundur”.
Nikol Paşinyanın dəmir yollarının birləşdirilməsi üçün Azərbaycanla müqavilə bağlanmasının zəruriliyi barədə səsləndirdiyi fikirləri şərh edən Qüdrət Həsənquliyev bildirib ki, Ermənistan tülkü bicliyi ilə məsələni beynəlxalq birliyə elə təqdim etməyə çalışır ki, guya dəmir yollarının açılması məsələsində rəsmi İrəvan Azərbaycana hansısa güzəştə gedir: “Halbuki bu gün soruşulmalıdı ki, nə oldu Paşinyan, bəs Qarabağı işğal altında saxladığınız 30 il ərzində daim Azərbaycanı ittiham edirdiniz ki, Azərbaycan Ermənistanı blokadada saxlayır?! Ona görə də əminliklə deyirəm ki, sülh sazişi imzalanmadan Ermənistanla hər hansı əməkdaşlıqdan imtina olunmalıdır. Bu istiqamətdə hər hansı kənar təzyiqlər varsa, qətiyyətlə rədd olunmalıdır. Paşinyanı da başa salmalıyıq ki, səninlə imzalanacaq ilk müqavilə ərazi bütövlüyünün tanınması barədə olacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhsil nazirinə yeni hüquq verilib

Next Post

Britaniyanın xarici işlər naziri Moskvaya gəlib – FOTO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Britaniyanın xarici işlər naziri Moskvaya gəlib – FOTO

Britaniyanın xarici işlər naziri Moskvaya gəlib - FOTO

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavinini qəbul edib

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavinini qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.