"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavinini qəbul edib

09 Fevral 2022 - 20:33
in SİYASƏT

Fevralın 9-da xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki xalq arasında mövcud olan tarixi bağlar əsasında inkişaf edən ikitərəfli münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişafını vurğulayıb.

İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, İraqlı həmkarı ilə ötən il ərzində müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib. Keçən il Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhfə verdiyi qeyd edildi.

Nazir, həmçinin qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri dönməsi üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verib.

Nazir müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd etdi. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmli olduğu vurğulandı. Məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini, bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, bölgədə aparılan bərpa işlər ilə əlaqədar, o cümlədən bölgədə gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik edib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini səsləndirdi və bu xüsusda İraqlı həmkarına ünvanlandığı məktubu ünvan sahibinə çatdırması üçün şəxsən nazir müavininə təqdim edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

“Qeyd etmək istərdik ki, eyni gündə Azərbaycan Respublikası və İraq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb”, – məlumatda deyilir.

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavinini qəbul edib
Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavinini qəbul edib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Britaniyanın xarici işlər naziri Moskvaya gəlib – FOTO

Next Post

Makronla Bayden arasında telefon danışığı olub – YENİLƏNİB

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Makronla Bayden arasında telefon danışığı olub – YENİLƏNİB

Makronla Bayden arasında telefon danışığı olub - YENİLƏNİB

ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-da məktəbdə atışma baş verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.