Rusiyada son sutka ərzində daha 197 076 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Elchi.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 13 527 845 nəfərə çatıb.
Son sutka ərzində 701 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 338 091 nəfərə çatıb.





