"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq

10 Fevral 2022 - 17:20
in MANŞET

Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Fərmanla təsdiqlənən Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsinə əsasən, Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyət istiqamətlərinə dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin etmək və dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək daxil edilib.

Bununla əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aşağıdakı vəzifələri müəyyənləşdirilib:

– dövlət və səfərbərlik ehtiyatları ilə təminatın yuxarı və ya aşağı həddinə dair, eləcə də onların idarə olunması ilə bağlı təkliflər vermək;

– dövlət və səfərbərlik ehtiyatlarına münasibətdə kəmiyyət və keyfiyyət nəzarətini həyata keçirmək, habelə mülkiyyət formasından asılı olmayaraq dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərində həmin ehtiyatların yaradılması, saxlanılması, yenilənməsi (əvəzlənməsi) və istifadəsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;

– dövlət və səfərbərlik ehtiyatlarının yenilənməsi (əvəzlənməsi) zamanı yenilənən (əvəzlənən) malların dövlət orqanlarının (qurumlarının) ehtiyaclarının ödənilməsi üçün satışını təşkil etmək;

– dövlət və səfərbərlik ehtiyatlarının satınalınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tədbirlər görmək;

– aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin siyahısını təsdiq etmək və buna uyğun olaraq tədbirlər görmək;

– mülkiyyət formasından asılı olmayaraq dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin ölkə ərazisi üzrə optimal bölüşdürülməsinin təmin edilməsi məqsədilə saxlanılma yerlərinin genişləndirilməsi və yenilərinin yaradılması ilə bağlı təkliflər vermək;

– dövlət və səfərbərlik ehtiyatlarının mövcud vəziyyəti və yenilənməsi (əvəzlənməsi) ilə bağlı hesabat formasını hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MDB liderlərinin növbəti görüşünün yeri və vaxtı açıqlanıb

Next Post

Azərbaycanda son sutkada 7 632 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycanda son sutkada 7 632 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Azərbaycanda son sutkada 7 632 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.