Daha bir azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirəcək.
Riad Abbaszadə orada legioner həyatı yaşayacaq.
Polşanın IV divizionunda çıxış edən “Oskar” klubu bir neçə yeni transfer açıqlayıb ki, onlardan biri də 22 yaşlı yarımmüdafiəçidir. Pşisuxa klubunun Abbaszadə ilə rəsmi müqavilə imzaladığı bildirilib.
Qeyd edək ki, “Keşlə”nin yetirməsi olan Riad Abbaszadənin son klubu “Qarabağ” olub. Ötən mövsüm Ağdam klubunun əvəzedici komandasında I divizionda 1 qol vuran yarımmüdafiəçi Azərbaycanın U-19 millisinin də formasını geyinib. Abbaszadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb.






