"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ fotojurnalistinin azərbaycanlı köçkünlərə həsr olunmuş sərgisi – FOTO

01 Noyabr 2014 - 18:35
in MƏDƏNİYYƏT
Berlində tanınmış ABŞ fotojurnalisti Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr olunmuş 4b65914c5d985709d60d7dbcfa723604“Yerinə yetirilməmiş arzular: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlı sərgisinin açılışı olub.

 

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Sərgi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı ofisi tərəfindən təşkil olunub.

 

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

 

Cəmiyyətin bununla bağlı yaydığı məlumatda bildirilib ki, iyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və yeddi ətraf rayondan qovulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycandakı düşərgələrdə məskunlaşıblar. Bu insanlar üçün hər bir gün mübarizədir, onlar öz ata-baba yurdlarına qayıtmaq arzusundadırlar. BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnaməyə və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılmasına baxmayaraq, Avropa mediası azərbaycanlı didərginlərin durumuna laqeyd yanaşır. Lakin, “National Geographic”, “Magazine”, “New York Times”, “Time” və “Newsweek” kimi nəşrlərlə əməkdaşlıq etmiş Ed Kaşi, bu dəfə öz obyektivini qaçqın və məcburi köçkünlərə tərəf çevirib. Bu fotoşəkillər onların üzləşdiyi çətinlikləri əks etdirir, lakin eyni zamanda insan ruhunun möhkəmliyini və ümidlərin qırılmadığını göstərir.

 

Ed Kaşin deyib ki, dünyada ən böyük məcburi köçkün ordusu Azərbaycanın payına düşür: “20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkən bu insanları taleyin ümidinə buraxmaq olmaz. Öz peşə fəaliyyətim vasitəsi ilə, mən bu insanların dərdinə şərik çıxmış oluram. Belə ki, bu gün öz əsərlərimi Berlində təqdim etməkdən qürur duyuram.”

 

Avropa Azərbaycan Cəmiyyətinin Almaniyadakı direktoru Şahin Namati-Nassab isə bunları deyib: “Erməni silahlı qüvvələri tərəfindən zorakılıqla  torpaqlarından çıxarılmış 1 milyona yaxın qaçqın və məcburi köçkünün taleyi unudulmamalıdır. Lakin, bəzən müharibə, qaçqın və məcburi köçkün axını kimi məsələləri uzaqdan dərk etmək  o qədər də asan deyil. İnsan faciəsini çox zaman incəsənət vasitəsi ilə dərk etmək daha asan olur. Buna görə də biz Ed Kaşinin fotosərgisini dəstəkləməkdən məmnunuq. Biz xüsusilə şadıq ki, sərginin açılışına belə böyük maraq var, burada 400-dən artıq qonaq iştirak edir”.

 

Qeyd olunub ki, 2013-cü ilin iyun ayında Ed Kaşi üz layihəsi ilə əlaqədar Azərbaycanda səfərdə olub. Bunun nəticəsində Londonda fotosərgi açılıb. Daha sonra həmin sərgi estafeti Parisə, indi isə Berlinə verib. Bu layihə Ed Kaşi və TEAS tərəfindən birgə təsis olunmuş “VII Foto” Agentliyi tərəfindən dəstək alıb. Həmin agentliyin məqsədi mədəniyyət, siyasət və iqtisadiyyat sahəsində Avropa – Azərbaycan münasibətlərini Avropa istiqamətində inkişaf etdirməkdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün Bakıda 1 milyonluq maşın qəzaya uğradı

Next Post

Nar Bayramı – FOTOSESSİYA

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Nar Bayramı - FOTOSESSİYA

Türkiyə yenidən çalxalandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.