Bu gecə Ukraynanın Donetsk vilayətində kafenin ərazisində atışma olub, iki nəfər həlak olub.
Elchi.az bildirir ki, bu barədə səhər saatlarında regional polis idarəsinin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir:
“Donbass polisi kafedə atışma səbəb ilə iki kişini saxlayıb. Hadisə Qranitdə baş verib. Atışma nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib… Polis araşdırmaya başlayıb”.






