2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Elchi.az-a Baş Prokurorluqdan bildirilib.
Xəbərə görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 71-dir. Belə ki, 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.






