Rusiyada son sutka ərzində 166 631 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Elchi.az-ın Rusiyanın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 14 480 596 nəfərə çatıb.
Son sutka ərzində 704 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 341 635 nəfərə çatıb.






