"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Silahlı qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır”

15 Fevral 2022 - 16:57
in MANŞET

Qüdrət Həsənquliyev: “Qanunda hərbi qulluqçuların hüquqları da öz əksini tapmalıdır”

“Hörmətli sədr, sizin (spiker Sahibə Qafarova) Baltikyanı ölkələrə səfərinizi çox yüksək qiymətləndirirəm. İndiki dönəmdə çox yorucu olsa da ölkəmizin belə səfərlərə çox böyük ehtiyacı var. Müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, əlbəttə, bu gün bizim hər birmiz istəyirik ki, silahlı qüvvələrimizin maddi-texniki təminatı daha yüksək səviyyədə təchiz edilsin”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsiinn sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Silahlı Qüvvələr haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı səsləndirib. Millət vəkili “vaxtilə, 2017-ci ildə dəyişiklik etdiyimiz bu qanunu qəbul edəndə, mən o zaman da söyləmişdim ki, silahlı qüvvələrə nəzarət gücləndirilməlidir”, – deyə bildirib: “Hörmətli Fazil Mustafa da qeyd elədi ki, Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır. Qanunun 15-ci maddəsində qeyd olunur ki, Silahlı Qüvvələrə ümumi nəzarəti Ali Baş Komandan həyata keçirir. Amma bir şəxsin fiziki imkanları xaricindədir ki, həm Silahlı Qüvvələrə nəzarət eləsin, həm də dövlətin digər ciddi məsələləri ilə məşğul olsun. Ona görə də ali nümayəndəli orqan kimi Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. O zaman da söyləmişdim, indi də söyləyirəm ki, hərbi qulluqçuların vəzifələri, sosial müdafiəsi haqqında müddəalar, normalar var. Amma onların ümumiyyətlə hüquqları haqqında hər hansı bir norma yoxdur. Necə ola bilər ki, hərbi qulluqçunun vəzifələri müəyyənləşsin, sosial müdafiəsi ilə bağlı xüsusi müddəalar olsun, amma onun hüquqlarının nə olması ilə bağlı heç bir müddəa daxil eidlməsin. Mən o zaman da söyləmişdim ki, heç olmasa konstitusion müddəaları bu qanuna daxil edək. Konstitusiyanın 68-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşın özbaşınalıqdan müdafiə və vicdnlı davranış hüququ var. Eyni zamanda Konstitusiyanın 79-cu maddəsində qeyd olunur ki, (qanunazidd vəzifələrin icrasına yol verilməməsi) heç kəs Konstitusiya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Ona görə də o zaman da mən təklif etmişdim ki, heç olmasa bu norma da qanuna daxil eidlməlidir. Yəni hərbi qulluqçulara, qanuna, konstitusiyaya zidd hər hansı göstəriş verilə bilməz. Çox təəssüf ki, bu gün Respublika Prokurorluğunda aparılan istintaq işi də onu göstərir ki, bir çox hallarda hərbçilərə məhz Konstitusiya və qanunlara zidd əmrlər verilib ki, hətta orta əsrlərdə belə tətbiq olunmayan işgəncələr tətbiq edilsin. Onların heç biri bu əmrləri yerinə yetirməkdən imtina etməyiblər. Ona görə ki, biz bunları qanunda açıq yazmamışıq ki, onların konstitusiya və qanunlara zidd əmr və tapşırıqları yerinə yetirməməlidirlər. Mən o zaman xatırlayıram, misal da çəkmişdim ki, müharibə başlasa və hansısa komandir dinc insanları, əsirləri güllələmək əmri versə bunlar bu əmrləri yerinə yetirməlidirlərmi? Əlbəttə ki yox. Belə olduğu təqdirdə niyə bunu qanuna yazmayaq? İndi də təklif edirəm ki, bu qanunun həcmi genişləndirilməli, qanunda qeyd etdiyim kimi hərbi qulluqçuların hüquqları da öz əksini tapmalıdır”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb

Next Post

AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb

AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb

Ukrayna XİN başçısı Rusiyaya xəbərdarlıq edib

Ukrayna XİN başçısı Rusiyaya xəbərdarlıq edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.