09:11 16 Fevral 2022 Oxunub:105“Amerika Birləşmiş Ştatları ölkələrin öz ittifaqlarını seçməkdə azad olması ilə bağlı əsas prinsipindən güzəştə getməyəcək”. Elchi.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib. Onun sözlərinə görə, dünyadakı dövlətlər seçimlərində azaddırlar: “Biz əsas prinsiplərimizdən güzəştə getməyəcəyik. Ölkələrin suverenlik və ərazi bütövlüyü hüququ var, onlar öz kurslarını təyin etməkdə və kiminlə birləşəcəklərini seçməkdə azaddırlar.
Rusiya Müdafiə Nazirliyi bu gün elan edib ki, bölmələrdən bəziləri Ukrayna yaxınlığındakı mövqelərini tərk edirlər. O yaxşı olardı. Amma biz bunu hələ təsdiq etməmişik. Biz hələ ki, Rusiya hərbi hissələrinin daimi dislokasiya yerlərinə qayıtmasına əmin olmamışıq”.






