"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın Ermənistanla bağlı hesabatı BMT sənədi kimi yayılıb

16 Fevral 2022 - 18:47
in SİYASƏT

Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.

Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir. Qeyd olunan fakt Ermənistan Baş nazirinin 21 aprel 2021-ci il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapıb.

Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla yanaşı, müvafiq erməni diaspora təşkilatlarının qeydiyyatda olduğu ölkələrin milli qanunvericiliklərinin, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Bununla əlaqədar, Xarici İşlər Nazirliyi, bütün BMT üzv dövlətlərini öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu cür qanunsuz fəaliyyətlə məşğul olan qurumlara münasibətdə öz beynəlxalq öhdəlikləri çərçivəsində səmərəli əks tədbirlər görməyə çağırır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ceyhun Bayramov və Çavuşoğlunun telefon danışığı olub

Next Post

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.