Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə apardığı ticarət dövriyyəsinin həcmi 444,672 mln. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 70,3% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ölkənin Türkiyəyə ixracı illik müqayisədə 98,1% artaraq 290,893 mln. dollar, idxal isə 34,5% artaraq 153,779 mln. dollar təşkil edib. Neftin ixracdakı payı 14,2%-ə bərabər olub.
Nəticədə, 2022-ci ilin birinci ayında 137,114 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4,2 dəfə çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,661 mlrd. dollar (12% artım) təşkil edib ki, bu da pandemiyadan əvvəlki həcmi 3,4% üstələyib.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.






