Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Elchi.az-ın məlumatına görə, Belarus Prezidentinin mətbuat xidməti bu gün dövlət başçılarının Moskvada görüşəcəyini bildirib.
Görüşdə bir sıra məsələlərin, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı, regionda təhlükəsizliyin təmin edilməsi və iki ölkənin milli maraqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətlərin, beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.






