Türkiyənin Konya şəhəri yaxınlığında turist avtobusunun aşıb.
Elchi.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Nəticədə 5 nəfərin öldüyü bildirilir. Bundan başqa, qəza zamanı 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə Aksaray-Konya yaşayış massivləri arasında qeydə alınıb.




