"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

FHN işçiləri Həmkarlar İttifaqının hesabat-plenumu keçirilib

21 Fevral 2022 - 18:25
in SOSİAL

Fevralın 21-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat-plenumu keçirilib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

FHN-dən APA-ya verilən xəbərə görə, illik hesabat yığıncağında Azərbaycan Respublikası FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

Plenumda Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2021-ci ildə görülən işlər haqqında geniş hesabat məruzəsi dinlənilib.

Ötən il ərzində respublikamızın milli bayram, əlamətdar günlərində və peşə bayramlarında ittifaq tərəfindən bir çox tədbirlər təşkil edildiyini diqqətə çatdıran sədr M.İsmayılov həmin tədbirlər çərçivəsində FHN-in tabeliyində olan, o cümlədən Vətən müharibəsi zamanı fədakarlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən hissələrində keçirilmiş görüşlərdən danışıb, bayram sovqatları və xatirə hədiyyələrinin təqdim edildiyini bildirib.

Bundan əlavə, qeyd olunub ki, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş FHN əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsi diqqətdə saxlanılıb, Aprel döyüşləri zamanı şəhid olmuş kiçik gizir Orxan Həmidovun FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülmüş iki övladına İttifaq tərəfindən 2020-ci ilin sentyabr ayından etibarən təyin edilmiş hər birinə ayda 150 manat olmaqla, 300 manat məbləğində maddi yardımın ödənilməsi davam etdirilib.

M.İsmayılov nəzərə çatdırıb ki, 2021-ci ilin yayında Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in müvafiq əməkdaşları İttifaq tərəfindən fəxri fərmanla təltif olunub.

İttifaqın dəstəyi ilə FHN-in Akademiyasında, Qarabağ və Gəncə regional mərkəzlərində şəhid və qazi övladları üçün “açıq qapı” günləri keçirilib və şəhid və qazi uşaqlarına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

İttifaq tərəfindən, həmçinin, üzvlərinin sağlamlığını qorumaq, əməkdaşların peşəkarlığını artırmaq və bölmələrarası əlaqələri intensivləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi, “Ən yaxşı manqa” adı uğrunda və “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqələri keçirilib.

Bundan başqa, Nazirlik əməkdaşları müalicə və istirahət məqsədilə müxtəlif sanatoriyalara və istirahət mərkəzlərinə yollayışlarla təmin olunublar. Eyni zamanda, maddi vəziyyəti aşağı olan, vəfat etmiş və ya ailə üzvlərindən birinin vəfatı ilə əlaqədar, özünün və ya ailə üzvünün xəstəliyinin müalicəsinə maddi köməklik məqsədilə 555 nəfər ittifaq üzvünə maddi yardım ödənilib.

2021-ci ildə yubiley yaşları tamam olan təcrübəli FHN əməkdaşları da həmkarlar ittifaqı tərəfindən fəxri fərmanla təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mehman İsmayılov çıxışının sonunda qeyd edib ki, FHN işçilərinin həmkarlar ittifaqı qarşısında duran bütün vəzifələrin həlli üçün bundan sonra da səylə çalışacaq, üzvlərinin əmək və sosial hüquqlarının təmin olunmasına daim yardım edəcək.

Hesabat məruzəsi dinlənildikdən sonra İttifaqın digər illik cari məsələləri və 2022-ci il üçün qəbul edilmiş tədbirlər planı müzakirə olunub, komitə sədrlərinin təklifləri dinlənilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Next Post

İranda son sutkada 236 nəfər koronavirusdan ölüb

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
ÜST Avropada 500 min insanın COVID-19-dan ölə biləcəyi barədə xəbərdarlıq edib

İranda son sutkada 236 nəfər koronavirusdan ölüb

ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir – FOTO

ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.