Rusiya Ukrayna ilə bağlı müxtəlif formatlarda görüşlərin keçirilməsinə qarşı deyil, lakin görüşdən öncə nəticənin nə olacağını anlamaq lazımdır.
Elchi.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Feysal Mikdadla birgə mətbuat konfransında bildirib.
“Emmanuel Makron Prezident Putinlə dünən baş tutan iki söhbətində həqiqətən də bu mövzulardan danışdı. Amma Prezident Putin çox aydın şəkildə izah etdi ki, biz sammitlərin, görüşlərin əleyhinə deyilik, lakin görüşdən əvvəl, xüsusən belə gərgin atmosferdə bu sammitlərin, görüşlərin necə yekunlaşacağını və nəticənin nə olacağını anlamaq vacibdir. Buna görə də Rusiya və Fransa liderləri razılaşıblar ki, belə tədbirlərin təşəbbüskarı olan qərbli həmkarlarımız onların mümkün nəticələri ilə bağlı öz baxışlarını bizə təqdim edəcəklər”, – Rusiya XİN başçısı vurğulayıb.






