Rusiya Energetika Nazirliyi neftin optimal qiymətini açıqlayıb.
TASS-ın verdiyi məlumata görə, Rusiyanın energetika naziri Nikolay Şulginov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində “Energy Intelligence”ə müsahibəsində bildirib ki, neftin qiymətinin 55-70 dollar/barel olması Rusiya üçün optimaldır.
“Hesab edirəm, bazar üçün optimal səviyyə bir barel üçün 55-70 dollardır”, – nazir qeyd edib.
Şulginov onu da vurğulayıb ki, Rusiya hazırda hasilatı artırır və gələcəkdə onu bir qədər də artırmaq üçün imkanlar var: “Bizim yeni layihələrimiz var, məsələn, “Vostok-Oil”. Biz hasilatı, kəşfiyyatı artırmaq barədə düşünürük. Bizim neft sənayesinin inkişafı üzrə proqramımız 2035-ci ilə qədər üfüqdə artımın, sonra isə həcmin sabitləşməsini nəzərdə tutur”.






