London lazım gələrsə, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmağa hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas bildirib.
“Şotland qvardiyaları 1853-cü ildə Krımda çar I Nikolayı təpiklədilər. Biz bunu həmişə təkrar edə bilərik”, – deyə Ben Vallas 1853-1856-cı illərdə baş verən Krım Müharibəsini xatırlayıb.
Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin vaxtında imperator I Nikolayın Qərblə qarşıdurmada buraxdığı səhvi edib. “Çar I Nikolay Putinin indi etdiyi səhvə yol verdi. Onun dostları, ittifaqları yox idi”, – Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.





