Dünyanın bir sıra ölkəsində “Telegram” messencerinin işində problemlər müşahidə olunur.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə “Downdetector” xəbər yayıb.
Problemlərlə bağlı şikayətlərin daha çox Rusiya, Ukrayna, Belarus, Polşa və bir sıra digər ölkələrdə müşahidə olunur.
Problemlə üzləşənlərin əksəriyyəti (40%-i) serverə qoşula bilmədiklərini, 34%-i mobil əlavənin işlək olmadığını bildirib, 26%-i isə ümumiyyətlə mesaj almaqda çətinlikdən şikayət ediblər.






