"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident Milli Məclisin deputatlarının Ermənistana səfərindən danışıb

24 Fevral 2022 - 15:44
in SİYASƏT

“Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, – mən bilmirəm Ermənistanda necə adlandırılır, – bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

“Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı. İndi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir. Mənə bu gün məlumat verdilər ki, etirazçılardan on nəfəri saxlanılıb, onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, – orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, – restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər. Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar Yerevana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik. Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil. Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük. Bu mövzu, yeri gəlmişkən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Viktoroviç Lavrovun səfərləri zamanı müzakirə edilib. Mən o vaxt izah etməyə çalışdım ki, biz hər hansı ekssess baş verməsinə yol verə bilmərik və onda bizi də ittiham edəcəklər ki, kimsə kiməsə hücum edib, daş atıb, buna görə də biz məsuliyyətli yanaşmalıyıq. Əgər bunların hamısı təşkil edilib və razılaşdırılıbsa, onda buyurun, heç bir məhdudiyyət yoxdur. Üstəlik, Mehribanın dediyi tamamilə doğrudur, müharibənin yaraları sağalmayıb. Əgər bu yaralar bizdə 30 il ərzində sağalmayıbsa, təbii ki, ikinci müharibədə məğlubiyyətdən sonra erməni xalqının da yaraları indi sağalmayıb. Bunu da başa düşmək lazımdır. Biz axı, hansısa vakuumda yaşamırıq, biz insanlar arasında yaşayırıq və buna məsuliyyətlə yanaşmalıyıq. Yeri gəlmişkən, bizim, o cümlədən mənim atdığım addımlar, erməni rəhbərliyindən fərqli olaraq, barışmalı olduğumuzu bəyan etməyimiz belə məsələlərin yaranmamasına, bunun adi hala çevrilməməsinə yönəlib. Yəqin ki, İkinci Dünya müharibəsi qurtarandan sonrakı ilk ildə də almanlar və SSRİ vətəndaşları bir-birinə qonaq getməyiblər. Onda da yəqin ki, müəyyən vaxt lazım olub. Təsəvvür edin, deyək ki, Ukraynanın və ya Belarusun, yaxud Smolenskin işğalı dövründə Moskvaya almanlar gəlsəydilər, onlara nə edərdilər? Yəni, bu analogiya, necə deyərlər, tam adekvatdır. Bu sözləri mövzuya qayıdaraq deyirəm”, – Prezident İlham Əliyev vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident: “Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik”

Next Post

Prezident: “Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident: “Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik”

Prezident: "Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik"

Prezident: “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur”

Prezident: “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.