"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib – FOTO

24 Fevral 2022 - 16:06
in CƏMİYYƏT

Azərbaycan Dövlət İqtisad Universitetdə (UNEC) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

UNEC-dən Elchi.az-a verilən xəbərə görə, tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Bu soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən millət vəkili, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb. Torpaqlarımızın düşmən tapdağından azad olunaraq, 30 illik işğala və həsrətə son qoyulduğu bildirib.

Sonra tədbirə onlayn olaraq qoşulan İsrailin Holon Texnologiya İnstitutunun Kiber şöbəsinin rəhbəri Harel Menashri, kiber təhlükəsizlikdən və universitetlərdə bu ixtisasın tədrisinin vacibliyindən danışıb.

Tədbirdə çıxış edən Türkiyənin Bursa Uludağ Universitetinin professoru Barış Özdal, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, ictimai xadim, politoloq Sergey Markov, Qırğıstan Beynəlxalq Universitetinin prorektoru dosent Baatirbek Akilbekov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru Niginahon Şermuxamedova Xocalı soyqırımının Ermənistanın düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu bildirərək, bu soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və hərbi cinayət kimi qiymətləndiriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının və hüquqi-siyasi qiymətini almasının əhəmiyyətini vurğulayıblar.

Əslən Xocalıdan olan UNEC tələbəsi Fədayə Cavadzadə Xocalı faciəsində ailəsinə, yaxınlarına qarşı törədilən vəhşiliklərdən danışaraq, həmin günlərin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.

Çıxışlardan sonra UNEC məzunu Yusif Cəfərbəylinin ifasında “Xocalı lay-lay” musiqisi iştirakçılara duyğulu anlar yaşadıb.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalıya həsr olunan rəsm əsərləri də nümayiş olunub.

UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda yataqxanada yanğın olub

Next Post

Azərbaycanda yaşlı əhalinin 40 faizi buster doza vurdurub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda yaşlı əhalinin 40 faizi buster doza vurdurub

Azərbaycanda yaşlı əhalinin 40 faizi buster doza vurdurub

İkinci Dünya müharibəsində həlak olan azərbaycanlının qalıqları Rusiyadan Qaxa gətirilib

İkinci Dünya müharibəsində həlak olan azərbaycanlının qalıqları Rusiyadan Qaxa gətirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.