Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sayca ikinci görüşü baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş Vyanada keçirilib.
“Tərəflər danışıqlarda yekun məqsədin Moskvada ilk görüşdə razılaşdırıldığı kimi, Türkiyə ilə Ermənistan arasında məsələlərin yekun nizamlanması olduğunu təsdiqləyiblər”, – açıqlamada deyilir.
Tərəflər bu istiqamətdə birgə addımların atılması barədə razılaşıblar.






